III “Yüksəliş” müsabiqəsinin qalibi ilə gələcək planlar barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti faydalı görüş keçirib. Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı görülən işlərdən danışılıb, layihə qalibinin proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb və idarəçilik səriştəsinin daha da artırılması, habelə gələcək planları barədə geniş fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, onun peşəkar sahədə hədəflərindən söz açılıb və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr diqqətə çatdırılıb, o cümlədən hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.
İbrahim Məmmədzadə mentorluq proqramı çərçivəsində keçirilən bütün görüşlərin faydasını qeyd edib, aparılan fikir mübadiləsinin onun idarəçilik təcrübəsinin, habelə peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini vurğulayıb.
Qeyd edək ki, İbrahim Məmmədzadə ARVK tərəfindən keçirilən konfranslara və digər layihələrə cəlb olunub, aktiv iştirakına şərait yaradılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...