II Ramzesin sarkofaqının sirri açılıb
Arxeoloqlar müəyyən ediblər ki, qibti misirlilərlə məxsus binanın döşəməsinin altında gizlədilən sarkofaq fraqmenti bir vaxtlar II Ramzesin sarkofaqına aid olub. Onların qənaətinə görə, məşhur fironun sarkofaqının uzun illər mübhəm qalan sirri nəhayət ki, açılıb. Qranitdən olan fraqment Misirin mərkəzi-şərq hissəsində yerləşən qədim Abidos şəhərindəki qibti binasının içərisində aşkar edilib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, sarkofaqın fraqmentini misirli arxeoloq Ayman Damrani 2009-cu ildə aşkar edib. O, amerikalı həmkarı Kevin Kahaylin köməyi ilə 2017-ci ildə bu fraqmentin mətnləri və dizaynı ilə bağlı araşdırmanın nəticələrini dərc etdirib. Mütəxəssislər qrupu müxtəlif vaxtlarda sarkofaqda iki nəfərin olduğunu müəyyən edib. Bununla belə, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin bəyanatına görə, onlar yalnız sonuncunu - eramızdan əvvəl 1000-ci illərdə yaşamış fironların 21-ci sülaləsinin baş kahini Menkheperreni müəyyən edə biliblər. Sarkofaqın ilk sahibi, habelə oyulmuş bəzək və mətnlərlə örtülmüş konteyner isə sirr olaraq qalır. Lakin arxeoloqlar onun Yeni Misir Krallığında çox yüksək səviyyəli bir xadimə aid olduğunu bildiriblər.
Fraqmenti rəsmi olaraq müəyyən edən “Orient et Méditerranée 1” təşkilatından olan misirşünas Frederik Peyrodonun qeyd etdiyi kimi, Krallar Vadisi Qədim Misir fironlarının 19-cu sülaləsinin hakimiyyəti zamanında - məhrumiyyətlərə səbəb olan iqtisadi və sosial böhranlar dövründə dəfələrlə talan edilib, hətta kral ailəsinin üzvləri öz sələfləri üçün tabuta qoyulan dəfn əşyalarından təkrar istifadə etmək üçün bu cür davranıblar.
Uzunluğu 1,70 metr və qalınlığı 8 santimetr olan, üzərində yazılar həkk olunmuş və bəzədilmiş qranit parçasının sonrakı tədqiqi Fransanın Sorbonna Universitetinin müəllim və tədqiqatçısına II Ramzesi sarkofaqla əlaqələndirməyə imkan verib. O, bunun üçün unudulmuş kartuşun, firon II Ramzesin adının təsviri olan oval formalı qravüranın şifrini açmağa nail olub. Alim öz nəticələrini “Revue D'Egyptologi” jurnalında dərc etdirib.
II Ramzes Qədim Misirin 19-cu sülaləsinin üçüncü fironu olub və eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. O, Qədim Misir imperiyasının ərazisinin indiki Suriyaya qədər yayılması, eləcə də tikinti layihələri, o cümlədən Karnak məbədinin genişləndirilməsi ilə məşhurdur. Firon alebastrdan olan və daha böyük qranit sarkofaqın içərisinə qoyulmuş zərli taxta tabutda dəfn edilib.
Böyük Misir Muzeyinin məlumatına görə, 1881-ci ildə II Ramzesin mumiyası və tabutu Deyr-əl-Bahari məbəd kompleksinin gizli guşəsində tapılıb. Burada, həmçinin Qədim Misirin 50 nəfər əyanının, həmçinin məşhur fironun atası I Setinin mumiyaları olub. O vaxtdan bəri II Ramzesin qızıldan düzəldilmiş tabutu və mumiyası dünyanın bütün muzeylərində nümayiş etdirilib. Hazırda Abidosda olan sarkofaq fraqmentinin haçansa muzeylərdə sərgilənəcəyi isə hələ məlum deyil.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...