İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi milli bayramınız – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi, Siz xalqınızın rifah halını durmadan yüksəldir və ölkənizin nüfuzunu bütün dünyada artırırsınız.
Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzulayıram.
Hörmətlə,
Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki, professor
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...