Hüceyrə ölçülü robotlar üçün nəzərdə tutulmuş kiçik batareya
Texnologiyanın inkişafı ilə robotların ölçüləri getdikcə daha kiçik olur. Kiçik robot qurğular dərmanların insan bədəninin müxtəlif hissələrinə çatdırılmasından tutmuş qaz sızmasının aşkarlanmasına qədər bir çox sahədə faydalıdır.
Lakin bu robotları gücləndirəcək mexanizmləri təmin etmək asan deyil. Əvvəlki araşdırmalar bəzi çox kiçik robotların günəş enerjisi ilə işləyə biləcəyini göstərdi.Bu cihazlar batareya tələb etmir, lakin bir mənbə daimi enerji təmin etməlidir. İnsan bədəninin dərinlikləri kimi normal olaraq əlçatmaz olan mühitlərdə istifadə olunacaq robotların daha müstəqil hərəkət etməsi lazımdır.
Digər tərəfdən klassik akkumulyatorlarda istifadə edilən materiallar enerji saxlama cihazının çox kiçik ölçülərdə hazırlanmasının qarşısını alır.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları bu problemi aradan qaldırmaq üçün sink-hava batareyasından istifadə ediblər. Eşitmə cihazlarında olan bu batareyalar əksər ekvivalentlərindən daha uzun ömürlüdür.
Tədqiqatçılar bir-birinə bağlı sink və platin elektrodlarından ibarət akkumulyator hazırlayıblar. Onlar bu elektrodları mikroelektronik məhsullarda tez-tez istifadə olunan bir polimerə yerləşdiriblər. Elektrodlar hava ilə təmasda olduqda, sink oksidləşir və elektronları buraxır. Elektronlar platin elektroduna axır və 1 voltluq cərəyan yaradır.
“Science Robotics” jurnalında öz nəticələrini dərc edən tədqiqatçılar 0,1 millimetr uzunluğunda və 0,002 millimetr qalınlığında olan batareyanın kiçik dövrələri və sensorları gücləndirə biləcəyini göstəriblər.Məsələn, batareya millimetrin mində biri olan və robotun yaddaşı kimi xidmət edən dövrəni enerji ilə təmin edə bilib. Batareyanı xarici cihaza birləşdirərək sınaqdan keçirən tədqiqatçılar ixtiralarını kiçik robotlarda da sınamağı planlaşdırırlar.
Tədqiqatçılar insulin kimi dərmanları daşımaq üçün istifadə ediləcək kiçik robotların həll olunan materiallardan hazırlana biləcəyini düşünürlər. Yeni araşdırma aparan qrup həmçinin akkumulyatorun gərginliyini artırmağı qarşısına məqsəd qoyub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...