Husilər Qırmızı dənizdə gəmilərə 26 hücum həyata keçirib
Yəmənin üsyançı “Ənsar Allah” (Husilər) hərəkatı noyabrın 19-dan bəri Qırmızı dənizdə 26 hücum həyata keçirib.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı dənizin cənubundakı beynəlxalq dəniz zolaqlarına doğru İHA, gəmi əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən istifadə edərək kompleks hücuma keçdilər. Oradan onlarla ticarət gəmisi keçirdi”, - Mərkəzi Komandanlığın X səhifəsində yerləşdirilən məlumatda deyilir.
Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.
ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib ki, “Ənsar Allah”ın Qırmızı dənizdəki hərəkətləri 40-dan çox ölkənin maraqlarına təsir edir və qlobal dəniz nəqliyyatının demək olar ki, 20 faizini pozur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...