Hörümçək torundan ilhamlanan mikrofon dizayn edildi
Sağlamlıq sahəsində də təsirlərinin olacağı gözlənilən bu mikrafon hörümçək ipəyindən ilhamlanaraq hazırlanıb. Alimlər düşünürlər ki, bu üsul dünyanın ən qabaqcıl mikrofonuna yol aça bilər.
Mikrofonlar insan qulağı ilə eyni şəkildə işləyir. Qulaq pərdəsi və bu cihazlar səsin yaratdığı hava təzyiqinin dəyişməsi ilə titrəyir.
Digər tərəfdən, antenaları ilə səsi qəbul edən böcəklər səsin təzyiqindən çox havadakı hərəkətini hiss edərək eşidirlər. Hörümçəklərin eşitmə qabiliyyəti də bu prinsipə əsaslanır, lakin onlar toxunduqları torlardan faydalanırlar.
Amerika və Kanada Akustika Cəmiyyətlərinin birgə toplantısında işlərini təqdim edən komanda hörümçək torlarının təzyiq dalğası ilə titrəmək əvəzinə, bal kimi maye mühit olan havanın yerdəyişməsi ilə hərəkət etdiyini təsbit edib. Tədqiqatçı-mühəndis Ronald Miles deyir ki, səs sürəti əsasında hazırlanmış cihazlar səsin istiqaməti haqqında məlumat verdiyi üçün daha yaxşı nəticələr verəcək.
Hörümçəklərin torlarını toxuduqları ipəkdən istifadə etmək çox bahalı və çətin olacağından elm adamları silikondan istifadə edirdilər. Onların cihazı səsin səbəb olduğu hava axınındakı kiçik dalğalanmalara reaksiya verən silikondan hazırlanmış son dərəcə nazik çubuqlarla işləyir. Hörümçək torunda dalğalanmaları aşkar edən kimi, lazer çubuqların hərəkətini ölçür və səsin eşidilməsinə imkan verir. Ronald Miles deyir ki, yeni üsulla insanların normal olaraq eşitmədiyi səslər təsbit edilə bilər.
Alimlər həmçinin bildirirlər ki, təzyiqi aşkar edən mikrofonların daha yaxşı olması üçün onların ölçüsü artırılmalıdır. Hörümçək torlarından ilhamlanan mikrofonlar havadakı səs axınına görə işlədikləri üçün çox daha kiçik ölçülərdə istehsal edilə bilər.
Tapıntıların sağlamlıq sahəsində də mühüm nəticələri ola biləcəyi düşünülür.İnsan qulağı təzyiq nəticəsində titrəyərkən səs çıxarır. Tədqiqatçılar bu çox aşağı səviyyəli səsləri təsbit edəcək və körpələrin eşitmə problemlərinin daha əvvəl aşkar edilməsini təmin edəcək bir cihaz hazırlamağı planlaşdırırlar.
Yeni üsul səsin yerini təsbit edə bildiyi üçün səs-küylü mühitdə müəyyən bir yerdən gələn səsi təyin edən eşitmə cihazları hazırlana bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...