22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Horseshoe adasındakı göllər Türkiyənin təklifi ilə mühafizə zonasına çevriləcək

19-02-2024

Türkiyəli alimlərin  elmi araşdırma düşərgəsinin yerləşdiyi Antarktidanın Horseshoe adasındakı 4 göl Türkiyənin təklifi ilə xüsusi qorunan əraziyə çevriləcək. Türkiyə Sənaye və Texnologiya Nazirliyi və TÜBİTAK MAM Qütb Araşdırma İnstitutunun koordinasiyası ilə təşkil edilən 8-ci Milli Antarktika Elm Ekspedisiyası davam edir.

İşlərin davam etdiyi Horseshoe adasında buzlaqların ərimiş suları və qar yağışı ilə qidalanan su obyektləri var. Bölgədə aparılan araşdırmalar nəticəsində təbii və elmi baxımdan bu göllərin tezliklə Antarktika Müqaviləsi Sistemi çərçivəsində xüsusi mühafizə zonası elan ediləcəyi gözlənilir. 

8-ci Milli Antarktika Elmi Ekspedisiyasının üzvü Atilla Yılmaz bildirib Horseshoe adasında çoxlu su hövzəsi var. Bu göllərin elmi əhəmiyyətinə və təbii həyat üçün dəstəyinə görə bu il, hətta yaxın aylarda xüsusi mühafizə olunan ərazi regionu elan edilməsi planlaşdırılır. Xüsusi mühafizə olunan ərazi tətbiqi yüksək elmi əhəmiyyətə malik ərazilərin mühafizəsi üçün hazırlanıb. 

Atilla Yılmaz keçən il başladıqları təşəbbüslə Türkiyə, Belçika və Böyük Britaniyanın buranın Antarktika Müqaviləsi Sistemində xüsusi mühafizə olunan ərazi olması üçün təklif təqdim etdiyini xatırladaraq, bunun üçün idarəetmə planının  da hazırlandığını deyib. Göllərdə bir çox canlının yaşadığına toxunan Yılmaz əlavə edib ki, buzlaqların ərimiş suları ilə qidalanan bu göl ekosistemində zooplankton və fitoplankton başda olmaqla bir çox canlı yaşayır.

Paylaş: