Hindistanın şərqində siklon səbəbindən 1,1 milyon nəfər təxliyə edilib
Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin sahilyanı ərazilərindən güclü “Remal” siklonu səbəbindən təxminən 1,1 milyon nəfər təxliyə edilib.
Fhnews.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, səlahiyyətlilər, həmçinin Benqal körfəzindəki əyalətdə turistlərə hotellərini tərk edərək daha təhlükəsiz yerlərə köçməyi tövsiyə ediblər.
Hindistan Meteorologiya İdarəsindən bildirilib ki, siklon artıq Banqladeşə və Hindistanın şərq sahillərinin bəzi hissələrinə çatıb. Şiddətli əsən küləyin sürəti 120-135 km/saat olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...