Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində 12 nəfər ölüb
Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində 12 nəfər həlak olub.
Fhnews.az “The Times of India” saytına istinadla xəbər verir ki, ölkədə son 24 saat ərzində leysan yağışları və ildırım çaxması ilə müşayiət olunan tufan yeddi rayona təsir edib.
Məlumata görə, ildırım vuran insanların çoxu tarlalarda işləyən və yağış zamanı ağacların altına sığınanlar olub.
Qeyd edək ki, hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...