22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

04-07-2024
IMG

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü musson yağışlarının səbəb olduğu daşqınlardan 1,6 milyondan çox insan zərər çəkib.

Fhnews.az xəbər verir ki, bu barədə region hökumətinin yaydığı bülletendə bildirilir.

Bölgənin ən böyük çayı olan Brahmaputrada, eləcə də onun Diqaru və Kollonq qollarında suyun səviyyəsi təhlükəli həddi keçib. Rəsmi məlumatlara görə, bu il daşqınlar və torpaq sürüşmələri nəticəsində 56 nəfər həlak olub.

Ştat hökuməti 72 müvəqqəti sığınacaq düşərgəsi və 64 yardım paylama mərkəzi yaradıb. Xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin şəxsi heyətləri cəlb edilib.

Paylaş: