Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb
Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.
Ümumilikdə 100-ə yaxın insan xilas edilib.
Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...