22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb

31-07-2024
IMG

Hindistanın cənubundakı Kerala əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Fhnews.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə 200 min rupi (təxminən 2 min 200 avro) təzminat ödəniləcəyini bildirib.

Qeyd edək ki, təbii fəlakət çərşənbə axşamı insanların əksəriyyətinin hələ yuxuda olduğu səhər saatlarında, dağlıq Vayanad bölgəsində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, davamlı musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 100-ə yaxın insan itkin düşüb. Leysan yağışları həmçinin bölgədə daşqınlara səbəb olub, körpülər dağılıb, avtomobil yolları isə bağlanıb.

Şiddətli yağışlar qonşu Pakistanda da dağıntılar və ölüm halları ilə nəticələnib. Mediada yayılan məlumatlara görə, bazar ertəsindən bəri ölkənin bir sıra bölgələrində azı 25 nəfər həlak olub.

Qeyd edək ki, Hindistanda daşqınlar və torpaq sürüşmələri may ayından sentyabradək regionda davam edən musson mövsümü zamanı adı hal sayılır.

Paylaş: