Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb
Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.
Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Keralada çərşənbə günü matəm günü elan edilib.
Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...