Hindistanda təlim uçuşu zamanı MiQ-29 qırıcısı qəzaya uğrayıb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MiQ-29 qırıcı təyyarəsi Hindistanın Uttar Pradeş ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb və pilot özünü təhlükəsiz yerə atıb.
Hindistan Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada MiQ-29 qırıcı təyyarəsinin Aqra şəhəri yaxınlığında adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.Açıqlamada təyyarənin sistem nasazlığı səbəbindən qəzaya uğradığı, pilotun özünü təhlükəsiz yerə atdığı bildirilib.
Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırma başlayıb.
“Hindustan Times” qəzetinin məlumatına görə, rəsmilər qırıcı təyyarənin boş sahəyə çırpıldıqdan sonra alovlandığını, hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...