22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda son 24 saatda koronavirusa yoluxma sayı artıb 

09-01-2024

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus Hindistanda yenidən üzə çıxıb. 

Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə son 24 saatda 475 yeni yoluxma və 6 ölüm faktı qeydə alınıb.


Ölüm halları Karnataka, Çhattisqarh və Assam ştatlarında baş verib. 

Ölkədə aktiv yoluxma hallarının sayı 4002-dən 3919-a düşüb.

Narahatedici inkişafda JN.1 alt növü (covid-19’un yeni varyantıdır) sürətlə Maharaştra əyalətində dominant varianta çevrilib. Belə ki, şəhərdə yoluxanların sayı 249-dur.

Yanvarın 6-na kimi ölkə üzrə 12 ştatda ümumilikdə 682 JN.1 hadisəsi qeydə alınıb. JN.1 variantı hallarının əksəriyyəti Kerala və Karnataka ştatlarında baş versə də, Dehli, Qucarat, Maharaştra, Tamil Nadu, Racastan, Telangana, Odişa və Haryana da təsirlənib.

Paylaş: