22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

01-06-2024
IMG

Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər istilər səbəbindən ölüb.

Fhnews.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, ən çox ölüm halı Odişa ştatında qeydə alınıb. Hindistanın şərq sahilində yerləşən bu ştatda istilər 46 nəfərin həyatına son qoyub, onlarla insan xəstəxanaya yerləşdirilib. İstidən əziyyət çəkənləri müalicə etmək üçün hər xəstəxanada altı çarpayı ayrılıb.

Bihar ştatında azı 16 nəfər, Uttar Pradeş ştatında 15 nəfər, Carkhand və Racastan ştatlarının hər birində isə 4 nəfər isti səbəbindən həyatını itirib.

Ölənlər arasında yerli seçki məntəqələrini hazırlayan seçki komissiyasının əməkdaşlarının da olduğu bildirilir. Hindistanda ümumi parlament seçkilərinin yekun mərhələsi bu gün keçirilir.

Ölkənin şimal-şərqindəki bəzi bölgələrdə gündüzlər havanın temperaturu 45 dərəcə Selsi civarındadır.

Paylaş: