Hindistanda Sip çayında qayığın batması nəticəsində 7 nəfər ölüb
Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə ştatın rayon polis şöbəsindən məlumat verilib.
“Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir”, – idarədən bildirib.
Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...