Hindistanda şiddətli yağışlar 27 nəfərin ölümünə səbəb olub
Hindistanın cənubundakı Telanqana və Andhra Pradeş ştatlarında 3 gündür yağan şiddətli yağışların törətdiyi fəsadlar 27 nəfərin ölümünə səbəb olub.
Fhnews.az Hindistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin fəlakətlərlə mübarizə mərkəzi açıqlama yayıb. Avqustun 31-də başlayan leysan yağışları bir neçə yaşayış məntəqəsində sel və daşqın yaradıb. Nəticədə evlər, inzibati binalar, avtomobil və dəmir yolları su altında qalıb. Çaylarda və su anbarlarında suyun səviyyəsi təhlükəli həddi keçib. Minlərlə sakin təxliyə edilərək, çadırlara yerləşdirilib.
Leysan səbəbindən 100-dən çox qatar reysi ləğv edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...