Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər ölüb
Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib.
“Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.
Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...