22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda qanunsuz pirotexnika zavodunda partlayış olub

06-02-2024

Hindistanın Madhya Pradeş ştatında yerləşən pirotexnika zavodunda partlayış baş verib, nəticədə azı 11 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşri məlumat yayıb. Məlumata görə, zavod qeyri-qanuni fəaliyyət göstərirdi.

Hadisə nəticəsində daha 60 nəfər yaralanıb. Partlayış dalğası yaxınlıqdakı 60 evi dağıdıb, yüz evdən sakinlər təxliyə edilib, yoldan keçənlər xəsarət alıb. Partlayışların nəticələri müəssisənin ətrafında 15 kilometr radiusda hiss olunub.

“The Times of India” qəzetinin mənbələri bildirib ki, zavodun dağıntıları altında onlarla insan qala bilər. Buna görə də ölü və yaralı sayının artacağı ıstisna olunmur.

Paylaş: