22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda Nipal virus xəbərdarlığı

22-07-2024
IMG

Hindistanın Kerala əyalətində bir nəfərin Nipah virusundan öldüyü, 4 nəfərdə isə virusun simptomları olduğu bildirilib.

Bu barədə  “Indian Express” qəzeti xəbər yayıb. Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət müşahidə edilir.

Daha sonra başgicəllənmə, yorğunluq kimi hallar olur. Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb.

Paylaş: