22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib

04-07-2024
IMG

Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir. Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 48-ə çatıb.

Bölgədəki yaşayış evləri yağış və daşqınlardan təsirlənib, minlərlə insan bölgədən təxliyə edilib.Hindistan Meteorologiya İdarəsi  şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.

Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlərin fikrincə,  son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışlar iqlim dəyişikliyi ilə əlaqədardır.

Paylaş: