22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda hava limanının damı çöküb

29-06-2024
IMG

Bu gün səhər Dehli hava limanının Terminal-1 (T1) hissəsinin damı güclü yağış səbəbindən çöküb. Yerli mətbuat həftə boyu davam edən yağışlar nəticəsində damın çökdüyünü,  bir nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını bildirib. Ölkənin Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. “İndigo” və “Spicejet” Hava Yolları uçuşları ləğv etdiklərini açıqlayıblar. 

Dehli Hava Limanından verilən son açıqlamada isə  bildirilir ki, Terminal 2 və Terminal 3-dən bütün gediş-gəliş uçuşlaır tam yerinə yetirilir. Terminal 1-in gəliş nöqtəsində də uçuşlar həyata keçirilir. Bununla belə, Terminal 1-dən gedən uçuşlar yerli vaxtla saat 14.00-a qədər ləğv edilib.

Paylaş: