22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda fişənglərin partlaması nəticəsində azı üç nəfər ölüb

30-05-2024
IMG

Hindistanın şərqində yerləşən Odişa əyalətindəki Puri məbəd şəhərində hinduların dini bayramı zamanı fişənglərin partlaması nəticəsində azı üç nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur.

Odişa rəsmisi Navin Patnaik hadisəyə görə təəssüfləndiyini bildirərək aidiyyəti orqanlara yaralıların lazımi müalicəsini təmin etməyi tapşırıb. Partlayışda həlak olanların ailələrinə 4800 dollar məbləğində pul yardımı ayrılıb.

Paylaş: