22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda daşqın və torpaq sürüşmələri nəticəsində 10 nəfər ölüb

06-10-2024
IMG

Hindistanın Meqalaya əyalətində həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ilkin məlumatlara görə 10 nəfər həyatını itirib.

“Hindustan Times”ın məlumatına görə, əyalət rəsmiləri Qasuapara bölgəsində yağan güclü yağışların bəzi ərazilərdə sel və torpaq sürüşməsinə səbəb olduğunu bildiriblər.Axtarış-xilasetmə işlərinə başlanıldığını açıqlayan səlahiyyətlilər ilkin məlumatlara görə, 10 nəfərin həyatını itirdiyini bildirib.

Netrokona bölgəsinin rəsmiləri musson yağışlarının təsirli olduğu bölgədə daşqınların baş verdiyini bildiriblər.Səlahiyyətlilər rayonun 15 kəndində ən azı 20 min insanın daşqınlar səbəbindən evlərində  qapalı vəziyyətdə qaldığını açıqlayıb.

Paylaş: