Hindistanda azı 15 nəfər naməlum xəstəlikdən ölüb
Hindistanın qərbindəki Qucarat ştatında yayılmış naməlum xəstəlikdən azı 15 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə “The Hindustan Times” qəzeti yazıb.
“Yerli həkimlərin hələlik dəqiq səbəbini müəyyən edə bilmədiyi xəstəlik Pakistanla sərhəddə yerləşən Kaç dairəsinin Lakhpat şəhərində yayılıb. Sentyabrın 3-dən 7-dək xəstəlik 10 nəfərin həyatına son qoyub. O vaxtdan bəri isə azı daha 5 ölüm faktı qeydə alınıb”, - məlumatda deyilir.
Yerli administrasiyanın nümayəndəsi Amit Arora ölüm səbəblərini müəyyən etmək üçün ölənlərin analizlərinin Milli Virusologiya İnstitutuna göndərildiyini və nəticələrin iki gün ərzində gələcəyini söyləyib.
Xəstəliyin yayılması bölgədə tüğyan edən leysan yağışları və daşqınlarla eyni vaxta təsadüf edib. Bu musson mövsümündə Kaç dairəsində ən çox yağıntı Qucarata düşüb - təxminən 890 mm və bu, orta göstəricinin 184 %-ni təşkil edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...