Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb
Hindistanın Marçula şəhəri (Uttarakhand ştatı) yaxınlığında avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.
NDTV telekanalının məlumatına görə, 45 yerlik avtobusun sürücüsü dağ yolunda idarəetməni itirib və maşın təxminən 200 metr hündürlükdən uçuruma düşüb.
Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ən azı beş nəfər itkin düşmüş hesab olunur.
Hadisə yerində xilasetmə işləri davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...