Hindistanda anomal istilər nəticəsində azı 20 nəfər ölüb
Hindistanda anomal istilər nəticəsində 24 saat ərzində azı 20 nəfər ölüb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “India TV Hindi” məlumat yayıb.
Qeyd edilib ki, son 24 saat ərzində ən çox insan ölkənin şərqindəki Odişa ştatında ölüb. Həmin ştatda 10 nəfər həlak olub.
Carkhand ştatında isə anomal istilər 4 nəfərin ölümünə səbəb olub. Qərbi Racastan əyalətində isə səlahiyyətlilər 5 nəfərin öldüyü barədə məlumat veriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...