Hindistanda əhali arasında virus yayılıb
Hindistanın qərbində Çandipur virusundan 16 nəfər həyatını itirib .
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qucarat Səhiyyə naziri Raşikeş Patel bildirib.
O, ümumilikdə xəstəliyə 50 yoluxma halının qeydə alındığını deyib.
Məlumata görə, Hindistanın qərbindəki Qucarat əyalətində bu günə qədər rəsmi olaraq yalnız Hindistanda qeydə alınan Çandipur virusundan ən azı 16 nəfər həlak olub.
"Digər ştatlardan üç Çandipur virusu hadisəsi bildirilib. Qalan yoluxma halları Qucaratda qeydə alınıb", - Patel qeyd edib.
Çandipur virusu kamarların, gənələrin və ağcaqanadların sancması ilə ötürülür. İlk dəfə 1965-ci ildə Hindistanın Maharaştra əyalətinin Çandipura kəndində ensefalit epidemiyası zamanı aşkarlanıb. Virus çox az tədqiq olunub və onun xüsusi müalicəsi və ya peyvəndi yoxdur. Xəstəlik qripə bənzər və ya kəskin ensefalit kimi simptomlarla qızdırma yaradır. 2003-2004-cü illərdə mərkəzi Hindistanda baş verən epidemiyalar zamanı ölüm nisbətləri 56%-dən 75%-ə qədər idi. Virus uşaqlar üçün xüsusi təhlükə yaradır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...