22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda əczaçılıq zavodunda partlayış nəticəsində 17 nəfər ölüb

22-08-2024
IMG

Hindistanın cənubundakı Andhra Pradeş əyalətində əczaçılıq zavodunda çərşənbə günü baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, həlak olanların sayı barədə son məlumat bu gün polis rəsmisi tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, 35-dən çox yaralı yerli xəstəxanaya çatdırılıb. Lakin mediada yayılan bəzi məlumatlarda ştatda son onilliyin ən böyük hadisəsi olan qəzada 50-yə yaxın insanın xəsarət aldığı bildirilir.

Hindistanın baş naziri Narendra Modi həlak olanlarla bağlı başsağlığı verib, ölənlərin və yaralananların ailələrinə pul təzminatı ödənildiyini elan edib.

Paylaş: