22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda 1901-ci ildən bəri ən isti oktyabr ayı yaşanıb

02-11-2024
IMG

NDTV kanalının xəbərinə görə, Hindistan Meteorologiya Departamentinin  baş direktoru Mrityunjay Mohapatra paytaxt Yeni Dehlidə keçirilən mətbuat konfransında qeyd edib ki, keçmişdə ölkə üzrə oktyabr ayında ölçülən orta temperatur 25,69 olub.

Mohapatra bu ilin oktyabr ayında ölkə daxilində orta temperaturun 26,92 dərəcə olaraq ölçüldüyünü və bu temperaturun 1901-ci ildən bu yana oktyabr ayında ölçülən ən yüksək orta temperatur olduğunu bildirib.

Mohapatra Hindistanın şimal-qərbində temperaturun ən azı iki həftədir normadan 2 ilə 5 dərəcə yuxarı olduğunu deyib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 1-dən iyunun 18-dək ölkə daxilində həddindən artıq istilər səbəbindən 40 min 272 hadisə qeydə alınıb.

Hindistanda hər il mart ayında havalar isinməyə başlayır və həddindən artıq istilər səbəbindən çoxsayda insan ölür.
Bütün zamanların ən yüksək temperaturu isə mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.

Paylaş: