Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.
Fhnews.az xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.
“GSLV-F14/INSAT-3DS missiyası: daşıyıcı aparat peyki nəzərdə tutulan geostasionar ötürmə orbitinə uğurla çıxarıb”, - məlumatda deyilir.
2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...