22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistan təyyarəsinə bomba təhlükəsi: Ərzurum hava sahəsi uçuşlara bağlandı

06-09-2024
IMG

Hindistandan Almaniyaya uçan sərnişin təyyarəsinə bomba hədəsi gəlib. Ərzurum hava limanında məcburi eniş edən təyyarə təxliyyə edilib və şəhərin hava məkanı uçuşlara bağlanıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər təyyarədə axtarış aparır.

Təyyarə Mumbaydan Almaniyanın Frankfurt şəhərinə uçurmuş.Təyyarədə olan 247 sərnişin təxliyyə edilib, salonda və yük yerində ətraflı axtarışa başlanılıb.

Hadisə ilə bağlı “Vistara” Hava Yolları açıqlama verib.Açıqlamada deyilir: “Bombay-Frankfurt (BOM-FRA) UK27 reysi təhlükəsizlik səbəbiylə Türkiyəyə (Ərzurum hava limanı) yönləndirilib və saat 17.05-də təhlükəsiz şəkildə eniş edib.”

Paylaş: