Himalay buzlaqlarında 1700-dən çox virus növü aşkar edilib
Əksəriyyəti əvvəllər məlum olmayan viruslar 41 min ildir donmuş torpaqda gizlənsə də, qlobal istiləşmə ilə birlikdə onların insanlar üçün təhlükə yaratma ehtimalı narahatlıq doğurur.
Bu il Sibirdə tapılan virusların minlərlə il sonra, hətta köhnə xəstəliklərin yeni bir pandemiyaya səbəb olacağı ilə bağlı narahatlıq vardı. Mütəxəssislərin bu virusların yaratdığı təhlükəni təhlil etmələri üçün onların illər ərzindəki dəyişikliklərini araşdırmaları lazımdır.
Yeni araşdırmada beynəlxalq tədqiqatçılar qrupu Himalaylardakı Tibet yaylasındakı Quliya buzlaqından buz nüvələri çıxarıblar. Buzda 97 faizi əvvəllər məlum olmayan 1705 virus növü aşkar edilib.
“Nature Geoscience” jurnalında dərc edilən araşdırmada 41 min ili əhatə edən 9 fərqli zaman dövrünə aid virus növlərinin DNT-si araşdırılıb. Tədqiqatçılar deyirlər ki, yeni kəşf edilən viruslar insanlara deyil, bakteriyalara yoluxur. Alimlər virusların zamanla temperatur dəyişikliklərinə necə reaksiya verdiyini təhlil edib.
Araşdırmada tapılan viral icmalardan biri Son Buz Dövrünün bitdiyi 11500 il əvvələ aiddir. Bu isə virusun inkişafı ilə iqlim dəyişikliyi arasındakı əlaqəyə işarə edir.
Alimlər Yaxın Şərq və Arktika kimi bölgələrdən gəldiyi düşünülən virusları da aşkar ediblər. Permafrostda olan viruslar narahatlıq yaratsa da, yeni araşdırma aparan qrup onların pandemiya törətmək potensialına malik olmadığı qənaətindədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...