22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Havay adalarında güclü zəlzələ baş verib

10-02-2024

Havay ştatının yerləşdiyi Havay adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 kilometr cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Paylaş: