22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək

25-12-2023

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Etiketlər:
Paylaş: