Havanın çirklənməsi son 40 ildə 135 milyon insanın həyatına son qoyub.
Təkcə Asiyada PM2.5 çirklənməsi səbəbindən 98 milyondan çox vaxtından əvvəl ölüm halları baş verib.
Bu günə qədər aparılan ən əhatəli araşdırmalardan biri havanın çirklənməsinin son 40 ildə dünyada təxminən 135 milyon vaxtından əvvəl ölümə səbəb olduğunu ortaya çıxararaq problemin ciddiliyini və təcili həll edilməsinin vacibliyini vurğulayır.
1980-2020-ci illər arasındakı məlumatları araşdıran tədqiqatçılar bildiriblər ki, havanın çirklənməsi on milyonlarla insanın həyatını qısaldır.
Tədqiqatçılar El Nino kimi hava hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinə təsirini daha da pisləşdirdiyini aşkar ediblər.
Bu hava hadisələri durğun hava şəraitinə səbəb ola bilər, nəticədə ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan PM2.5 incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb ola bilər.
Alimlərin fikrincə, hava şəraitinin dəyişməsi vaxtından əvvəl ölümlərin sayını 14 faiz artırıb.
Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yimib fikrincə, "El Nino” kimi müəyyən iqlim hadisələri baş verdikdə, çirklənmə səviyyəsi yüksələ bilər, yəni daha çox insan PM 2.5 çirklənməsi səbəbindən vaxtından əvvəl ölə bilər.
Ən çox vaxtından əvvəl ölüm faktları Çin və Hindistanın payına düşür.Pakistan, Banqladeş, İndoneziya və Yaponiyada da iki milyondan 5 milyona qədər əhəmiyyətli sayda vaxtından əvvəl ölüm faktı qeydə alınıb. Tədqiqata görə, PM 2.5 çirklənməsinə görə ölümlərin üçdə biri insult, üçdə biri ürək xəstəliklərindən, qalan hissəsi isə ağciyərlə əlaqəli xəstəliklər və infeksiyalardan qaynaqlanır.
Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl ətraf mühitin çirklənməsi və məişət havasının çirklənməsinin birgə təsirlərinin hər il dünyada 6,7 milyon vaxtından əvvəl ölümlə əlaqəli olduğunu bildirmişdi.
Nanyangdakı tədqiqatçılar havadakı incə hissəciklərin səviyyəsini ölçmək üçün NASA-nın peyk məlumatlarından istifadə ediblər. Onlar Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun xəstəlik statistikasını və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hava məlumatlarını təhlil ediblər.
40 ildən çox məlumatı təhlil edən araşdırma, havanın çirklənməsinin insan sağlamlığına təsiri və ümumi hava şəraiti ilə havanın keyfiyyəti arasındakı əlaqə haqqında daha geniş perspektiv təklif edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...