22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Havanın çirklənməsi ağciyər xərçəngi riskini artırır

15-11-2024
IMG

Bu gün ağciyər xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biri olsa da, xəstəlik haqqında məlumatlılığın artırılması məqsədilə noyabr ayı bütün dünyada “Ağciyər xərçəngi haqqında məlumatlandırma ayı”, 17 noyabr isə “Ağciyər xərçəngi haqqında məlumatlandırma günü” kimi qeyd olunur. Tütün və tütün məmulatlarının istifadəsi ilə yanaşı, havanın çirklənməsi də xəstəliyin səbəbləri sırasındadır. Beləki, havanın çirklənməsi  ağciyər xərçəngi riskini 10 faiz artırıb. 

Ümumdünya Səhiyyə Təşkilatının  dəstəklədiyi Qlobal Xəstəlik Yükü araşdırmasına görə hava çirkliliyi dünya miqyasında ölümə səbəb olan risklər arasında 2-ci yerdədir. Eyni araşdırmaya görə, Xroniki Obstruktiv Ağciyər Xəstəliyindən ölümlər ( KOAH) 2021-ci ildə 47,91 % olub. Ürəyin işemik xəstəliyindən ölümlərin yüzdə 27,73-ü, insultdan ölümlərin yüzdə 27,44-ü, ağciyər xərçəngindən ölümlərin yüzdə 18,56-sı və şəkərli diabetdən ölümlərin yüzdə 17,1-i havanın çirklənməsi səbəbindən olub. Havanın çirklənməsi ilə bağlı xəstəliklərin riskini azaltmaq üçün mütəxəssislər bu tövsiyələri verir:

Siqaret və digər tütün məmulatlarından uzaq durmalı, binaların suvaqlanmasında, xüsusilə kiçik yaşayış məntəqələrində asbest tərkibli məhsullardan istifadə edilməməli, meşə yanğınlarına səbəb ola biləcək gəzinti fəaliyyətlərindən qaçınılmalı, riskli peşə qrupları üçün əvvəllər icazə verilən yerlərdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməli, qlobal iqlim böhranı ilə mübarizədə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edilməsi zəruridir.

Paylaş: