22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hava limanında maraqlı xəbərdarlıq: qucaqlaşmaq üçün üç dəqiqəlik məhdudiyyət

21-10-2024
IMG

Yeni Zelandiya hava limanında sərnişinlərin buraxılış yerində asılmış və vida qucaqlaşmalarını 3 dəqiqə ilə məhdudlaşdıran lövhə mübahisələrə səbəb olub. Yeni Zelandiyanın Dunedin hava limanında “qucaqlaşmaq üçün üç dəqiqəlik məhdudiyyət” qoyan xəbərdarlıq lövhəsi bütün dünyada mübahisələrə səbəb olub. Terminalın sərnişin buraxma yerində yerləşən xəbərdarlıq lövhəsində “Daha sevgi dolu vidalar üçün parkinqdən istifadə edin” ifadəsi də var.

Məsələyə sosial mediadan ciddi tənqidlər gəlib. Vaxt məhdudiyyətini "insani olmayan" hesab edənlər “Sən qucaqlaşmağa vaxt məhdudiyyəti qoya bilməzsən” deyərək etiraz ediblər. Tətbiqin sərnişin sıxlığı olan digər hava limanlarında da tətbiq edilməsinin vacibliyini bildirən istifadəçilər də olub. Dunedin Hava Limanının CEO-su Daniel De Bononun isə bu məsələyə münasibəti fəqrli olub. O, "20 saniyəlik qucaqlaşmanın sevgi hormonu oksitosinin partlamasına səbəb olduğunu göstərən elmi araşdırmalar var" deyərək atdıqları addımı müdafiə edib.

Paylaş: