Hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
Fhnews.az xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.
Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m çatacağı proqnozlaşdırılır.
Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb.
Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb".
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...