Hava çirkliliyi Alzheimer xəstəliyinin inkişafına səbəb olur
Nəqliyyatla əlaqəli hava çirkliliyi Alzheimer xəstəliyinin inkişafına və əlamətlərinin daha da artmasına şərait yaradır.
Fhnews.az “knowridge” saytına istinadla xəbər verir ki, bununla bağlı Emori Universitetinin doktoru Anke Huelsin rəhbərliyi ilə tədqiqat aparılıb.
Tədqiqatda ortalama yaşı 76 olan 224 nəfərin öldükdən sonra baş toxumaları araşdırılıb. Nəticədə diametri 2,5 mikrondan az zərərli hissəciklərin təsirinə daha çox məruz qalan şəxslərin beyinlərində Alzheimer xəstəliyinin əlaməti olan amiloid lövhələrinin səviyyəsinin artması müşahidə edilib.
Tədqiqat müəllifləri havanın çirklənməsi ilə neyrodegenerativ xəstəliklər arasındakı əlaqəni tam aydınlaşdırmaq və profilaktik tədbirləri genişləndirmək üçün əlavə araşdırmaların vacibliyini vurğulayıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...