Hamburq dəmiryolu stansiyasında təhlükəli virus həyəcanı
Almaniyanın şimalındakı Hamburqun əsas qatar stansiyasında sərnişinin təhlükəli virus daşıya biləcəyi şübhəsi ilə platforma bağlanıb.
Frankfurtdan yüksək sürətli ICE qatarında səyahət edən iki sərnişində qripə bənzər simptomlar aşkar edildikdən sonra tibb qrupları hərəkətə keçib.
Hamburq yanğınsöndürmə briqadasından verilən açıqlamada sərnişinin və onu müşayiət edən şəxsin xaricdən gəldiyi və orada yoluxmuş xəstəyə qulluq etdikləri bildirilib. Lakin onların hansı xəstəliklə mübarizə apardıqları barədə dəqiq məlumat verilməyib.
Hamburg “Morgenpost” saytının məlumatına görə, cütlük çərşənbə günü səhər Şərqi Afrika ölkəsi Ruandadan Frankfurta enib.
Qeyd edək ki, Ruanda hazırda Marburq virusu epidemiyası ilə mübarizə aparır və indiyədək bu virusdan 8 nəfər ölüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində stansiyada 4 nömrəli platforma müvəqqəti olaraq bağlanıb.
Məlumat üçün bildirək ki, Marburq virusu hava-damcı yolu ilə deyil, ancaq meyvə yarasalarına və ya yoluxmuş şəxsin bədənindəki açıq yaralara toxunma, qorunmayan cinsi əlaqə və ya açıq yaralar vasitəsilə ötürülə bilər.
Virus qızdırma, baş ağrısı, qusma və ishal kimi simptomlara səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Marburq virusuna yoluxanların yarısı ölür. Virus ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq və Frankfurt şəhərlərində, sonra isə Serbiyada laboratoriya işçilərində aşkar edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...