"HƏMAS" lideri İsmayıl Haniyə Tehranda öldürülüb
“HƏMAS” lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına edilən hücumda öldürüldüyü bildirilib.İran dövlət televiziyasının İnqilab Keşikçiləri Ordusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, “HƏMAS” Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehranda iqamətgahına edilən terror aktı nəticəsində həyatını itirib.
“HƏMAS”-ın verdiyi yazılı açıqlamada Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkiyanın təhvil-təslim mərasimində iştirak etmək üçün Tehranda olduğu bildirilib.Mərasimdən sonra Haniyənin Tehrandakı iqamətgahına İsrail ordusunun hava hücumu nəticəsində öldüyü bildirilib.İsrail ordusu isə Haniyənin öldürülməsi ilə bağlı şərh verməkdən imtina edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...