Haluk Bayraktar: “Baykar” Türkiyənin 10 aparıcı ixracatçı şirkətindən biridir
Pilotsuz uçuş aparatı istehsal edən “Baykar” şirkəti Türkiyənin 10 aparıcı ixracatçı şirkətindən biridir.
Fhnews.az xəbər verir ki, bu barədə müdafiə şirkətinin baş direktoru Haluk Bayraktar sosial şəbəkə səhifələrində paylaşıb.
“Türkiyə tarixində ilk dəfə olaraq müdafiə şirkəti 10 ixracatçı sırasındadır. Bu uğuru necə əldə etdik? Hər şey 2000-ci illərin əvvəllərində “Baykar” şirkəti tərəfindən işlənib hazırlanmış altı kiloqramlıq mini drondan başladı. Növbəti yeddi il bir qəpik də qazanmadan araşdırmalara başladıq”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, şirkətin bütün sərmayələri planlı şəkildə növbəti araşdırmalara yatırılırdı.
“Biz inanırdıq ki, pilotsuz uçan aparatlar müharibələrin gedişini dəyişəcək, gələcəyin texnologiyalarına çevriləcəklər. Bizim şirkətdə əmin idilər ki, “Baykar”ın səyləri Türkiyənin inkişafında yeni qığılcım olacaq. Buna görə də işlər 24 saatlıq rejimdə aparılırdı”,-deyə Bayraktar qeyd edib.
O qeyd edib ki, yeni dronların işlənib-hazırlanması çətinliklə reallaşırdı: “Addım-addım biz bu pilləkənlə qalxırdıq, sonradan dünyanı dəyişən yeni PUA istehsal edirdik. Bu gün “Baykar” ailəsi artıq 4500 mütəxəssisi birləşdirir”, – bildirilib.
Müdafiə şirkətinin baş direktoru əlavə edib ki, sıçrayış etmək və “Baykar”ı Türkiyənin müdafiə məhsullarının ixracında liderliyə çatdırmaq üçün təkcə bir dənə “Bayraktar TB2” PUA kifayət etdi.
“Bu gün biz artıq Bayraktar AKINCI zərbə PUA-nın tədarükü üçün müqavilələr imzalayırıq: “Baykar” məhsullarının dünyanın 34 ölkəsinə ixracına dair sazişlər imzalanıb. Biz dünyanın 100 aparıcı müdafiə şirkəti sırasındayıq. Əldə etdiyimiz hər şeyi türk xalqının dəstəyinə borcluyuq. Türkiyə vətəndaşları və bütün bəşəriyyətin rifahı naminə işlərimizi davam etdirəcəyik. Növbədə əsrlər boyunca arzumuz olan “Bayraktar KIZILELMA” pilotsuz hərbi təyyarəsidir”, - deyə Haluk Bayraktar bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü iyunun 8-də sıralarına “Baykar” şirkətinin ilk dəfə daxil olduğu aparıcı ixracatçıların nümayəndələrinə şəxsən mükafatlar təqdim edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...