Həkəri çayındakı üzən körpü sel təhlükəsinə qarşı möhkəmləndirilir
Laçında ardıcıl yağan güclü yağışlar səbəbi ilə yaranmış təhlükə üzündən Laçın şəhərində, Həkəri çayı üzərində salınmış üzən körpünü daha etibarlı konstruksiya ilə əvəz etmək üçün işlərə başlanılıb.
Fhnews.az xəbər verir ki, Bakı Abadlıq Xidmətindən verilən məlumata görə, qabaqlayıcı tədbir kimi, körpünün bir tərəfi açılaraq, suyun toplanmasının qarşısı alınıb. İlkin mərhələdə üzən körpünün sel təhlükəsindən qorunması üçün qaldırılması nəzərdə tutulub. Bunun üçün əraziyə texnika və canlı işçi qüvvəsi cəlb edilib. Yaxın vaxtlarda çay üzərində daha mötəbər körpünün salınması üçün layihənin müzakirəsi aparılır.
Qeyd edək ki, Həkəri çayı üzərindəki körpü Bulvar ərazisində çayın sağ və sol sahillərini birləşdirməklə, əhalinin asudə vaxtlarında gəzintisinin daha da yaxşılaşdırılmasını təmin etmək üçün salınıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...