Həddindən artıq isti hava şəraiti Kaliforniyada 460 nəfərin ölümünə səbəb olub
Həddindən artıq isti havalar son on il ərzində Kaliforniyada 460 nəfərin ölümünə səbəb olub. İstilik dalğası nəticəsində ştat 7,7 milyard dollar dəyərində iqtisadi itkilərə məruz qalıb.
Fhnews.az “USA Today” saytına istinadla xəbər verir ki, Kaliforniya Sığorta Departamenti bu yaxınlarda 2013 və 2022-ci illəri araşdıraraq, ştatdakı maliyyə xərclərini hesablayıb.
“Həddindən artıq istilərin Kaliforniya əhalisinə, infrastrukturuna və iqtisadiyyatına təsiri” başlıqlı hesabata görə, ən pis isti hava şəraiti 2022-ci ildə baş verib. Həmin ildə istilər 200 nəfərin həyatına son qoyub və 2,2 milyard dollar iqtisadi itkiyə səbəb olub.
Təkcə əmək məhsuldarlığı 7,7 milyondan 210 milyon dollara qədər itkilərə məruz qalıb. Xüsusilə 2022-ci ildə istilik dalğası zamanı elektrik enerjisinin kəsilməsi 230 milyon dollar iqtisadi ziyana səbəb olub. Hesabata görə, istiliklə bağlı zədələnmələrə görə infrastruktur xərcləri hər hadisə üçün 3,8 milyon ilə 35 milyon dollar arasında dəyişib.
Dövlət agentliyinin hesabatı təqdim etməkdə məqsədi siyasətçiləri, hökumət orqanlarını və sığorta sənayesini istilərin artan təhlükəsini azaltmaq və müəyyən tədbirlər həyata keçirməklə bağlı məlumatlandırmaqdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...