Haaqada pensiya fondları aktivlərinin iqlim layihələrinin maliyyələşdirilməsinə cəlbinin innovativ modelinə dair müzakirələr aparılıb
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bu ölkənin Amsterdamda yerləşən qlobal inkişaf maliyyəsi birgə investisiya strategiyaları üzrə ixtisaslaşmış aktiv meneceri “İLX Management”in baş icraçı direktoru Mənferd Şepers (Manferd Schepers) ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Niderlandın İqlim Siyasəti və Yaşıl İnkişaf Nazirliyində keçirilmiş görüşdə pensiya fondlarının aktivlərinin iqlim layihələrinin maliyyələşdirilməsinə cəlb edilməsinin innovativ modeli ilə tanışlıqdan sonra bu mövzu ilə bağlı müzakirələr aparılıb.
Bildirilib ki, qlobal birgə maliyyə investisiya strategiyalarının inkişafı üzrə ixtisaslaşmış aktiv meneceri “İLX Management” Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi çoxtərəfli inkişaf bankları ilə pensiya fondları kapitalını cəlb etmək üçün birgə institusional investisiya proqramları həyata keçirir. İnvestisiyalar iqlim fəaliyyətinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən müxtəlif sahələrin maliyyələşdirilməsi üçün istifadə olunur.
Görüşdə Azərbaycanda 240 meqavatlıq (MVt) "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisinə investisiya yatırıldığı və inşa işlərinə başlanıldığı qeyd edilib. Bildirilib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda, eləcə də Qafqaz regionunda bərpaolunan enerji sektorunda ən böyük külək elektrik stansiyası olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...