22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gürcüstanın bəzi ərazilərində torpaq sürüşməsi gözlənilir

08-02-2024

Gürcüstanın bəzi ərazilərində torpaq sürüşməsi və torpağın deformasiyaya uğraması prosesinin sürətlənəcəyi gözlənilir.

Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Ekologiya Agentliyinin Geologiya Departamentinin 2023-cü ildə hazırlanmış və 2022-ci il dövrünü təsvir edən sənədində bəhs olunur.

Sənədə əsasən, Tbilisi-Qırmızı Körpü və Rustavi avtomobil yollarının bəzi ərazilərində də sürüşmə və deformasiya prosesləri baş verə bilər. Həmçinin Rustavinin Qərb periferiyasında, yeni qəsəbə ərazisində, Tbilisi-Qırmızı Körpü avtomobil yolunun ayrı-ayrı hissələrində, Yağlıca poliqonunun yaxınlığında, Kür çayı dərəsinin sağ yamacında torpaq sürüşmələri proqnozlaşdırılır.

Bundan əlavə, sənəddə qeyd olunur ki, Marneuli və Qardabani bələdiyyələrinin müxtəlif ərazilərində sürüşmə prosesinin aktivləşməsi gözlənilir.

Paylaş: