22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gürcüstanda zəlzələ olub

26-10-2024
IMG

Oktyabrın 25-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Tbilisidən 57 kilometr aralıda, Dmanisi şəhərinin yaxınlığında qeydə alınıb.

Yeraltı təkanların gücü 3,5 bal gücündə olub.

Qeyd edək ki, Gürcüstan orta seysmik zona hesab olunur. Bu ölkədə ən güclü zəlzələ 1991-ci ildə ölkənin qərbindəki Raça və İmereti regionunda 7 bal gücündə olub. Həmin vaxt zəlzələnin episentrdəki gücü 9 bal olub. Təbii fəlakət nəticəsində 200 nəfər ölüb, 46 minə yaxın ev, 1000 sənaye obyekti dağılmışdı.

Paylaş: