Gürcüstanda torpaq sürüşməsi baş verib
Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomagistralının152-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hazırda ərazidə yolun təmizlənməsi işləri davam etdirilir. Yolun yaxın vaxtlarda açılacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...